Qurban verərdim - AI Cover (2026)

Аватар автора
Akif İslamzadə repertuarından «Qurban Verərdim» Söz: Rafiq Zəka Xəndan Musiqi: Elza İbrahimova Abunə olun və bildirişləri açın yeni mahnılarımıza ilk siz qulaq asın. Mahnının sözləri: Mənə bircə kəlmə can söyləsəydin, O bircə kəlmənə min can verərdim. Ömrünü, gününü dərd eyləsəydin, Ömrümü, günümü dərman verərdim. Ömrünü, gününü dərd eyləsəydin, Ömrümü, günümü dərman verərdim. Bezdirdim mən səni sədaqətimlə. Qaldım həsrətinlə, müsibətinlə. Könlümü alsaydın bu zülmətinlə, Sənə bir günəşli cahan verərdim. Könlümü alsaydın bu zülmətinlə, Sənə bir günəşli cahan verərdim. O çağlar mənə necə də haydılar, Könlümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim. Elə ayrıldıq ki, səninlə ey gül, Bir de ayrılıqdan ayrı düşmerik. Ah bu son hicranın vüsalı müşkül. Dağ dağa rast gələr biz görüşmərik. Ah bu son hicranın vüsalı müşkül. Dağ dağa rast gələr biz görüşmərik. O çağlar mənə necə də haydılar, Könlümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim.

0/0


0/0

0/0

0/0

0/0