Tənbəl Dovşan cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı @Ulduzluyol

Аватар автора
Ulduzlu Yol
Tənbəl Dovşan nağılı dinlə /cizgi filmi izlə Başlıq: Tənbəl Dovşan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Tənbəl Dovşan/ Meshe heyvanlari / Meşə heyvanları / Tenbel dovşan Etiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, ayı, dovşan, tülkü, canavar, ayi, dovshan, tulku, qurd Tənbəl dovşan Biri var idi, biri yox idi, bir dovşan var idi. Bu dovşan çox tənbəl idi. O qədər tənbəl idi ki, yuyunmaqdan lap zəhləsi gedirdi. Ona görə də o başqa dovşanlardan çox fərqlənirdi. Bütün dovşanlar qışda ağ, yayda isə boz rəngdə olurdusa, tənbəl dovşan çox vaxt qara rəngdə olurdu. Bir dəfə tənbəl dovşan yol ilə gedirdi. Rastına bir tülkü çıxdı. Tülkü soruşdu: - Kimsən sən? - Dovşan, dovşanam mən. Adım dovşandı. -Yox, mən dovşan görmüşəm. Sən dovşana oxşamırsan. Tüklərin ağ, yumşaq olmaq əvəzinə iynə kimidi. Bəlkə sən kirpisən? Dovşan yaman pərt oldu: - Xeyr, mən kirpi zad deyiləm. Dovşan yoluna davam elədi, amma pərt olsa da yuyunmaq istəmədi. Bir az yol gedəndən sonra qarşısına canavar çıxdı. Canavar dovşanı görəndə lap təəccübləndi. Dovşan başa düşdü ki, bu dəfə də canavar onu tanımır. Ona görə də dedi: -Mən dovşanam. Canavar ona diqqətlə baxdı: - Yox, sən dovşan ola bilməzsən. Dovşanlar ya ağ, ya da boz olurlar. Sən yəqin yerin altında...

0/0


0/0

0/0

0/0