Səxavət Məmmədov , Əliağa Vahid - Nə qədər eşqimiz ey gül

Аватар автора
Идолы поколения: истории и загадки
Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq , Aşikar eyləməyincə ürəyim qan olacaq ? Nə qədər gül üzünün həsrətin aşiq çəksin , Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ? Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül Nə qədər bəs o fəğirin işi əfğan olacaq ? Eşqdən başqa nə dərd olsa yenə çarəsi var , Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ? Öz xoşumla o qarə zülfə əsir oldum özüm , Bilmədim , xatirim eşqində pərişan olacaq . Sən götürt məscidi zahid , bizə meyxanəni ver , Kim bu işdə görək axırda peşiman olacaq ? Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül , Yarsız yerdə mey içmək bizə nöqsan olacaq . Digər şerlər: DİNLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.

0/0


0/0

0/0

0/0