Asiman insan - AI Cover (2026)

Аватар автора
Vüqar Biləcəri repertuarı Asiman İnsan Sözləri: Yanmışdı ocaq atəşi bir közü bir cür İnsana baxın xasiyyəti bir cür özü bir cür Allah yaradıbdır qaşı bir cür gözü bir cür Hüsnünlə verirsən haralardan nişan insan Hüsnünlə verirsən haralardan nişan insan Haqdır cahanın sahibi qüdrətli deyilmi? İsmi canımızdan bizə qiymətli deyilmi? Allah tanımaq üçün sənə ibrətli deyilmi? Yer göy planetlər günəş ay asiman insan Yer göy planetlər günəş ay asiman insan Gəl mərdəki sirri nihan sahibi olmuş Dünyanı yaradmış cahan sahibi olmuş Allahdır o hər bir məkan sahibi olmuş Mümkün deyil onsuz ki olala məkan insan Mümkün deyil onsuz ki olala məkan insan İnsan oyan artıq niyə qəflətdə yatırsan? Allaha yaxınlaşsan əgər haqqa çatırsan Məsum yaranırsan sonra çirkaba batırsan Gül bağına əkirsən əməlindən tikan insan Gül bağına əkirsən əməlindən tikan insan İnsanlığın əxlaqda ədalətdə bilinəcək Hətta əliaçıqlıqda səxavətdə bilinəcək Hər kim əsil insandır qiyamətdə bilinəcək Məhşərdə bölərlər bu yan heyvan bu yan insan Məhşərdə bölərlər bu yan heyvan bu yan insan İnsan odur ki daxili dünyası genişdir Peyğəmbərimiz də bunu vaxtında demişdir İnsanın ən az qiyməti əslində behiştdir Ey nəfsini dünya dəyərində satan insan Ey nəfsini dünya dəyərində satan insan

0/0


0/0

0/0

0/0

0/0