Eşqə Xəyanət - AI Cover (2026)

Аватар автора
Salam. köhnə sevilən mahnıların yeni müasir variantını hazırlayıb və yeni mahnılarla keyfiyyətli işlər təqdim edirəm.Dinləyib,bəyənib,abunə olub zövq alın❤️ Hello. As FD MUSIC, I have prepared new modern versions of old favorite songs and presented quality works with new songs. Listen, like, subscribe and enjoy❤️ Mahnının sözləri Baləli Rzayev və Baba Qədirliyə məxsusdur! Sözləri: Nə bilirdim axı bu hissiyyatı Sevgini musiqini şeiriyyatı Sən gələndən sonra sevdim həyatı Sən gedəndən sonra nifrət eləmişəm Mən haçan eşqə xəyanət eləmişəm Sənə öz canımı əmanət eləmişəm Qara saçlarımı ağartmısan mənim Səndən Allaha şikayət eləmişəm Gör nələr yazmamışam nə yazmışam Çox heyif iki dənə cümlə yazmışam Öz həyatım adlı nəğmə yazmışam Sən olan yerini nəqarət eləmişəm Düşüb bu çöllərə azan mənəm Bu yolda udan sən uduzan mənəm Bu sevgi nəğməsini yazan mənəm Özüm haqqında rəvayət eləmişəm Son görüşümüz yadıma düşdü yenə Nə dedim ki dedim ayrılma sənə Geri döndün elə baxdın ki mənə Elə bildim ki cinayət eləmişəm Həsrətin versədə işgəncə zülüm İntizarın məni qoymaz ki ölüm Olduğun yerdə dayan gəlmə gülüm Daha sənsizliyə adət eləmişəm Gələcəksən deyə qapıya qaçmışam Sevinib sanki göylərə uçmuşam Yandırıb şamları süfrə açmışam Amma tək başına ziyafət eləmişəm

0/0


0/0

0/0

0/0

0/0