Ədalət Şükürov — Qoca Çinar | 2021 (Rəsmi Audio)

Аватар автора
Нежные эмоции
Ədalət Şükürovun "Qoca Çinar" mahnısı artıq onlayndır. Musiqi: Ədalət Şükürov Söz: İkram Əliyev Aranjiman: Vasif Arifoğlu, Emil Minyaşev Ədalət Şükürovu sosial şəbəkələrdə izlə: Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə: Sözlər: [Bənd 1] Bizim həyətimizdə bir çinar vardı Onun ətrafında biz yığışardıq Bir gecə yaxınlaşıb mən o ağaca Qorxa – qorxa yazdım: A + A [Keçid] Keçdi illər, mən qayıtdım Sevgimi yada saldım Düşündüm: Bəlkə səni görəm yenə? Şahid idi o çinar Yadımdadır o bahar İlk dəfə “sevirəm” demişdim sənə [Nəqərat] Qoca çinar bilirdi Qoca çinar bilirdi Bir də dostum bilirdi Mənim sirrimi Qoca çinar bilirdi Qoca çinar bilirdi Bir də dostum bilirdi Mənim sirrimi [Bənd 2] Çinarın kölgəsində dayanırdım mən Gözləyirdim məktəbdən qayıdanda sən Qonşular görərdi mənim bu halımı Mənə çox qəribə baxardı hamı [Keçid] Nə biləydim, ay çinar? Bahardan mənə qalan Uşaqlıqda mənim sevdiyim adam Axı, sən şahid idin! Bir dostum da bilirdi Kimə mən demişəm “Sevirəm səni” [Nəqərat] Qoca çinar bilirdi Qoca çinar bilirdi Bir də dostum bilirdi Mənim sirrimi Qoca çinar bilirdi Qoca çinar bilirdi Bir də dostum bilirdi Mənim sirrimi [Bənd 3] Gəlib çinar altında yenə oturdum Gördüm ki, eyvanda dayanıb dostum Yanında sən vardın, dolandı başım Demə, dostum olub ömür yoldaşın [Keçid] Keçdi illər, mən qayıtdım Sevgimi yada saldım Düşündüm: Bəlkə səni görəm yenə? Şahid idi o çinar Yadındadı o bahar? İlk dəfə “sevirəm” demişdim sənə Sevirəm!...

0/0


0/0

0/0

0/0