İlhamə Quliyeva. - Kaman -

Аватар автора
Радость сердца
"Harda qaldın?" Söz: Xanım İsmayılqızı Mus: Faiq Sücəddinov İfa: İlhamə Quliyeva, 1996 1. Bax, Yenə hicran... Ayrılıq necə gəldi bizdən xəbərsiz? Gəl, Yandım aman, Deyirdin ki, yaşaya bilməzsən mənsiz. Kaman ayrılıq nəğməsin çalır Gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb, yanır Yer ilə göyün arasında. Nəqarət: Harda qaldın, gəlmədin? Sevirəm deyirdin... Yəqin, belə yazılıb bəxtim... Kaman ayrılıq nəğməsin çalır Gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb, yanır Yer ilə göyün arasında. 2. Kaş, Ötən günlər Geri dönəydi bircə göz qırpımında. Kaş, Keçən günlər Dadıma çataydı ömrümün son anında. Kaman ayrılıq nəğməsin çalır Gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb, yanır Yer ilə göyün arasında. 3. Gəl, Həsrətim, gəl. Bilməzdim, ayrılacaqdıq bir gün axır. Gəl, Taleyim, gəl, Ürəyim son görüşçün yaman darıxır. Kaman ayrılıq nəğməsin çalır Gecələrin pıçıltısından. Qəlbim odlarda alışıb, yanır Yer ilə göyün arasında.

0/0


0/0

0/0

0/0