Neft -Qaz Quyularının Qazılması / Rotor qazması

Аватар автора
Answering Guru
Rotor üsulu ilə qazıma.Bü üsulla qazımada transmissiya sistemi ilə qazıma bucurqadından alınan hərəkət, quyu ağzında yerləşdirilmiş rotor mizinə, oradan isə aparıcı boru (işlək boru) vasitəsilə qazıma kəmərinə ötürülür. Beləliklə, qazıma kəmərinin ucuna bağlanmış qazıma baltası qazıma kəməri ilə birlikdə fırlanır. Belə şəraitdə qazıma kəməri qiymət və istiqaməti müxtəlif olan külli miqdarda qüvvələrin təsirinə məruz qaldığından çox gərgin şəraitdə işləyir. Baltaya verilən oxboyu yük qazıma kəməri ağırlığının müəyyən hissəsi hesabına əldə edilir. Deməli, rotor üsulu ilə qazımada süxur baltaya verilən oxboyu yük və baltanın fırladılması nəticəsində qazıma baltası vasitəsilə dağıdılır. Rotor üsulu ilə qazımada yaranan maksimal burucu moment – baltanın fırladılmasına süxurların göstərdiyi müqavimətdən; qazıma kəmərinin quyu divarına sürtülməsindən yaranan sürtünmə qüvvələrinin qiymətindən; qazıma məhlulunun müqavimətindən; quyu lüləsinin trayektoriyasından və s. asılıdır. Rotor üsulu ilə qazıma, dünya qazıma təcrübəsində çox geniş yayılmışdır. Hazırda xarici ölkələrdə qazılan quyuların demək olar ki, böyük əksəriyyəti bu üsulla qazılır.

0/0


0/0

0/0

0/0