SAZIN SÖZÜN SEHRINDƏ. -В МАГИИ ПОЭЗИИ И АШУГСКОЙ МУЗЫКИ

Аватар автора
Азербайджанцы Москвы
SAZIN SÖZÜN SEHRİNDƏ  24 oktyabr 2024-cü ildə Moskvada Azərbaycanlıların MMM-nin ofisində sazın sözün sehrində Respublika Aşıqlar Birliyinin üzvü , Türk dünyasının saz, söz ustadı aşıq qızı ,Aşıq Ədalət  Nəsibov adına Musiqi Tədris mərkəzinin direktoru, Aşıq Pəri Məclisinin üzvü və bədii rəhbəri,  Sevil Ədalət Xıdırova və müğənni Təranə Gədəbəyli ilə  yadda qalan gözəl bir  görüş keçirildi. Görüşdə MMM rəhbərliyi, Moskva Qadınlar Birliyinin üzvüləri və digər hörmətli qonaqlar iştirak etdilər. Məclisi giriş sözü ilə Moskva üzrə Azərbaycanlıların MMM – nin nəzdindəki MQB rəhbəri Leyla xanım Fərəcova  açaraq hər kəsi salamladı, məclis iştirakçılarını və dəyərli qonaqları təqdim edərək, sözü  bu günkü görüşün baş tutmasında xüsusi rolu olan   və öz köməyini heç bir zaman əsirgəməyən MMM rəhbəri Bəxtiyar Həsənova verdi.  Qonaqları salamlayaraq Bəxtiyar Həsənov Aşıq Ələsgərdən, el sənətindən, azərbaycanlı xanımlara hörmət və ehtiramından danışdı. Xüsusilə də Azərbaycandan gələn qonaqlarımıza Aşıq Sevilə və Təranə Gədəbəyliyə təşəkkürünü bildirdi. Leyla Fərəcova MQB-nin fəaliyyət proqramı haqqında öz fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edildiyindən, milli sərvətimiz olan qədim el saz sənətindən danışdı və sözü elimizdən  obamızdan gələn və özü ilə  bərabər o Telli sazın sehrini də  gətirən  Aşıq Sevil Ədalət Xıdırovaya , və xalq mahnılarının...

0/0


0/0

0/0

0/0