Haci Sahin Hesenli haqqinda, kimdir, necidir ?

Аватар автора
Вузовый мир
Haci Sahin Hesenli Haci Sahin Hesenli haqqinda Haci Sahin Hesenli kimdir? Haci Sahin Hesenli necidir ? Hacı Şahin Hacı Şahin Həsənli Həsənov Şahin Hüseyn oğlu İlahiyyatçı Hacı Şahin 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitiribdir. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub, 1999-cu ildə həmin müəssisədə təhsilini bitiribdir. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edibdir. 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçiribdir. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir. Heç bir siyasi partiyaya üzv deyil. Bildiyi dillәr: Azərbaycan dili, Ərəb dili, Fars dili, Rus dili Ailəlidir. İki qızı və bir oğlu var.

0/0


0/0

0/0