? Pampıq kimi yupyumşaq,ağızda əriyən BALLI TORT resepti. TORT MEDOVİK ??#ballıtort

Аватар автора
Домашний ужин для двоих
? İstifadə etdiyim stəkan ölçüsü 200ml. ? Xəmiri üçün; ?️ 3 yumurta ?️ 1stəkan yarım şəkər tozu ?️3 yemək qaşığı bal ?️ 200 qr kərə yağı ?️ 1paket vanel ?️ 1 çay qaşığı soda ?️ 1çay qaşığı sirkə ?️ 5 stəkan yarım un. ? Kremi üçün: ?️2 stəkan şəkər tozu ?️ 2 yumurta ?️ 3 yemək qaşığı un ?️ 3 yemək qaşığı qarğıdalı nişastası ?️ 4 stəkan süd ?️ 300 qr kərə yağı(yumşalmış) ?️ 1 paket vanel ? Hazırlanması; Şəkər tozu, yumurta, vanel və kərə yağını su buxarında 15-20 dəqiqə qarışdırırıq. Sonra qabı kənara qoyub içərisinə sodayla sirkəni qarışdırıb tökürüb. Daha sonra ələnmiş unu az-az əlavə edib yumşaq xəmir haləna gətiririk. 8-10 kündəyğ bölüb yayıb bişiririk. Arasını kremləyib zövqə görə bişmiş qatılaşdırılmış süddən istifadə edirik ? Kremin hazırlanması; Şəkər tozu, un, nişasta və yumurtanı yaxşı qarışdırırıq. Sonra üzərinə südü əlavə edib ocağın üzərində qaynayıb qatılaşana qədər bişiririk. Üzərini streçləyib soyuduruq. Yumşalmış kərə yağını ilk öncə mikserlə 3-4 dəqiqə çalıb üzərinə vanel və bişmiş kremdən az-az əlavə edib mikserlə çalırıq. ? 1 saat deyildi tortu kremlədiyim artıq yupyumşaq idi. Bu reseptlə hazırlasaz əminəm ki, çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun ?? #ballıtort#medovik#tortresepti#cake#cakerecipes#youtube#youtuber#blogger#yemektarifleri#tarifler#yummy#tort#tatlı

0/0


0/0

0/0

0/0