Namiq Mena, "Sen Menim Yanimdasan" Klip (Official Audio)

Аватар автора
Игровые интервью и мастер-классы
Namiq Mənanın Rəsmi Youtube kanalına xoş gəlmisiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Videonun Yenidən yayımı qadağan olunur. Bizimlə əməkdaşlıq etmək üçün 055 626 99 69 telefon nömrəsinə zəng vura bilərsiniz. İlham Xirdalanli Mahnının sözləri! Sən Mənim Yanımdasan. Sənin məhəbbətinə inanaram Məcnun kimi mən, Yataram Qeys kimi, oyanaram Məcnun kimi mən, Dövrü kuyində sənin dolanaram Məcnun kimi mən, Bilsəm ki, sənin təki Leyla mənimdir gözəlim, Sən mənim yanımdasan dünya mənimdir gözəlim. Səni Allah ceyran xəlq eliyib düzlərimə, Necə qibtə qılmayım yaranan möcüzlərimə, Sən mənim yanımdasan inanmıram gözlərimə, Bu həqiqətmi yoxsa röya mənimdir gözəlim. Sən mənim yanımdasan dünya mənimdir gözəlim. Acı xatirələr ilə bu qəlbimi dağlamışam, Əl açıb Allahıma şəklini qucaqlamışam, O qədər həsrətin ilə gecələr ağlamışam, Nəzər et bəhri xəzər dərya mənimdir gözəlim. Sən mənim yanımdasan dünya mənimdir gözəlim. Sən əgər atıb məni gedib sevsən başqasını, Bu dərdə dözməz ürək tərk edər öz dünyasını, Heç o vaxt Məcnun belə sevməyibdir Leylasını Tarixdə görünməyən sevda mənimdir gözəlim. Sən mənim yanımdasan dünya mənimdir gözəlim. Rəvamı Tanrı verən canımı məndən yar ala, Kipriyin ox, insafın yox ürəyimi az yarala, Sənsiz keçən anları hər gətirəndə xəyala, Göz yaşımla yazılan misra mənimdir gözəlim. Sən mənim yanımdasan dünya mənimdir gözəlim. Sevinc hissi ilə bu gün kədərimiz edama gəlir, Bülbüllər gülünə çatır, Pərvanələr şamə...

0/0


0/0

0/0

0/0