Tovuz şəhəri(Tovuz city)

Аватар автора
Танцы Молекул
İqtisadi rayon Gəncə-Qazax Ərazi 1942 km² Əhali 160 000 nəfər Əhali sıxlığı 72 nəfər/km² Nəqliyyat vas. kodu 60 Telefon kodu 231 Poçt kodu (Mərkəzi PŞ) AZ 6000 Yaşayış məntəqələrinin sayı 102 kənd, 1 qəsəbə, 1 şəhər İcra başçısı Tofiq Zeynalov İnternet saytı tovuz-ih.gov.az Tarixi Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variantlar məlumdur, onlardan biri "Tau Ok uz" Qədim tükçədən (Huncadan) tərcümədə Dağ tayfalarıyıq mənasını verir, ikincisi "Tau ust" qala türkcədən (Huncadan) tərcümədə Dağ üstündə yerləşən qala mənasını verir. Bu iki variantlardan daha inandırıcısı İkinci variantdır ki həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavus qalanın adı ilə bağlıdır,qalanın xarabazarlığı hələdə qalmaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş...

0/0


0/0

0/0

0/0