Toyota Land Cruiser 100 "razdatka" (Low gear, High gear)

Аватар автора
Mitsubishi Miraculous
Bir çox Toyota "cip" sürücüləri müntəzəm istifadə etdikləri avtomobillərinin funksiyalarını bilmirlər. Bəs el arasında "razdatka" deyilən bu qurğu necə istifadə olunur?! Məsləhətdir ki, hər bir sürücü bu funksiyalar onlara cari vəziyətdə lazım deyilsə belə ən azından ara-sıra bu qurğuları işə salsın. Necə deyərlər: "İşlənən kotan paslanmaz" Bu qol ötürmələr qutusu ilə təkər oxları arasında vallar vasitəsilə əlaqə yaradan ən kiçik ötürməyə malik çarxlardan ibarət reduktoru idarə edir. Fizikadan bizə məlum olduğu kimi çarx nisbəti böyüdükcə əldə etdiyimiz sürət, nisbət kiçildikcə isə(aşağı ötürmələrdə) əldə etdiyimiz güc olur. Ağır yolsuzluq rejimlərində və ya bizə sürətin yox maksimal dartı gücünün lazım olduğu hallarda biz "Low" rejimindən istifadə edə bilərik.

0/0


0/0

0/0

0/0