İLLİK FƏALİYYƏTİN YEKUNLARI

Аватар автора
Азербайджанцы Москвы
MOSKVA AZƏRBAYCANLILARI MİLLİ-MƏDƏNİ MUXTARİYYƏTİ İLLİK FƏALİYYƏTİN YEKUNLARI 1) Moskva Azərbayanlıları Milli-Mədəni Muxtariyyəti – etnik azərbaycanlıların nəinki Rusiya paytaxtında, bütövlükdə ölkədə ən böyük birliyidir. Muxtariyyətdə radikal dəyişikliklərin kəskin zəruriliyi əslində çoxdan yetişmişdi, lakin bunu 10 iyun 2022-ci ildə reallaşdırmaq mümkün oldu – hesabat-seçki konfransının iştirakçıları tanınmış xeyriyyəçi, iş adamı və ictimai xadim Bəxtiyar Həsənovu təşkilata yeni sədr seçdilər. Təbii ki, yeni komandası və təşkilatın faktiki olaraq yenidən həyata gəlməsinin rəmzi olan yeni konsepsiyası ilə. 2) Rusiya paytaxtı hakimiyyəti ilə sıx əməkdaşlıq – muxtariyyət fəaliyyətinin prioritetidir ki, bu da təşkilatın sədri vəzifəsində Bəxtiyat Həsənovun Moskva Hökumətinin naziri, Milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitaliy Suçkovla və Moskva Millətlər Evinin direktoru Sergey Anufriyenko ilə ilk görüşləri ilə izah olunur. Bütövlükdə, il ərzində həm ikitərəfl formatda, həm də Moskva Hökumətində Moskva diaspor təşkilatları nümayəndələri ilə işgüzar görüşlər çərçivəsində baş tutan belə təmaslar müntəzəm xarakter daşıyıb. Qeyd etmək yerinə düşər ki, Moskva Hökuməti Departamenti rəhbərinin təbrikində Azərbaycanlıların Muxtariyyəti soydaşlarımızın cazibə mərkəzi adlandırılıb, Bəxtiyar Həsənovun onun sədri vəzifəsindəki işinə isə yüksək qiymət verilib. Xatırladaq ki, Azərbaycanlıların Muxtariyyətinin fəal işi təşkilatın sədri Bəxtiyar Həsənovun...

0/0


0/0

0/0

0/0