Ağdam Cümə məscidi / Agdam Mosque / Агдамская мечеть

Аватар автора
Новости медиа: свежие обновления
Cümə məscidi — Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi. Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992–1994-cü illərdə Azərbaycan ərazisinin 20%-i işğal etdildikdən sonra Ağdam Cümə məscidi də dağıdılmışdır. Erməni işğalından sonra Ağdam Cümə məscidi aşağıdakı dəyişikliklərə məruz qalmışdır: Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır. Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər. The Agdam Mosque (Azerbaijani: Ağdam məscidi) or Juma Mosque (Azerbaijani: Cümə məscidi) is a mosque in the ghost town of Agdam, Azerbaijan.It is the only...

0/0


0/0

0/0

0/0