Tural Davutlu - Yagis Yagir

Аватар автора
NK Media
Tural Davutlu - Yağış Yağır (Official Audio) Söz, Musiqi: Tural Davutlu Aranjiman: Murad Əlizadə PR Menecer: Nadir Kərimov Yağış Yağır - Sözləri (Lyric) Yağış yağır yenə düşdün yadıma Ayrılığın ürəyimə toxunur Soyuğ otağ bədənimi titrədir Nəğmələrim ayrılığdan oxunur Köhnə daxma birdə köhnə əşyalar Divarda köhnəlmiş saatın səsi Köhnə günlərimə qaytarır məni Köhnə sözlərimin yeni nəğməsi Köhnə pəncərəyə nəfəs üfürüb Qəmli qəmli adımızı yazıram Qəlbimdə yazılan sənin adını Gözlərimin yaşları ilə pozuram Yağış yağır yenə düşdün yadıma Ayrılığın ürəyimə toxunur Soyuğ otağ bədənimi titrədir Nəğmələrim ayrılığdan oxunur Gərək məni öyrətməzdin özünə Gərək bir az acı rəftar edərdin Heç olmasa sındırdığın ürəyin Halallığın alıb sonra gedərdin Ağlıma gəlməzdi inanmazdım ki Dərdin özü ilə dərd böləcəm bir gün Bilirəm ki sənsiz köhnə daxmada Köhnə insan olub öləcəm bir gün Yağış yağır yenə düşdün yadıma Ayrılığın ürəyimə toxunur Soyuğ otağ bədənimi titrədir Nəğmələrim ayrılığdan oxunur Kanalda yayımlanan bütün audio və video məzmunların müəllif hüquqları "NK Media" şirkətinə məxsusdur. Nüsxələnməsi və təkrar yayımı qəti qadağandır! Авторские права на весь аудио- и видеоконтент, транслируемый на канале, принадлежат компании «NK Media». Копирование и распространение строго запрещено! The copyright of all audio and video content broadcast on the channel belongs to the "NK Media" company. Copying and rebroadcasting is strictly prohibited! Business Contact: rutube@nkmedia.az ©...

0/0


0/0

0/0

0/0