Mehriban - Heyif O Sevgiyə O Məhəbbətə

Mehriban - Heyif O Sevgiyə O Məhəbbətə İlk İfaçısı: Tağı Salehoğlu Söz: Nüsrət Kəsəmənli Musiqi: Nizami Rəmzi Aranjıman: İsmayıl Əlizadə Rejissor: Xəyal Murtuzov PR Menecer: Nadir Kərimov "Heyif o sevgiyə, o məhəbbətə" - Sözləri (Lyric) O yalançı illər günə dəyməzmiş Gül verdim, verdiyim gülə dəyməzmiş Gözümdə çağlayan selə dəyməzmiş Gözümdə çağlayan selə dəyməzmiş Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə Bir dəfə ürəkdən gülə bilmədim Könlümü kimsəyə verə bilmədim Səndən başqasını sevə bilmədim Səndən başqasını sevə bilmədim Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə Sənsiz gecələrim yuxu bilmədi İçimdə alışan ahı bilmədi Mən bildim, sən bildin çoxu bilmədi Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə hə Özümün özümdən acığım gəlir Dostlarım kədərli, düşmənim gülür Ölən sevgimizə yazığım gəlir Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə Heyif o sevgiyə, o məhəbbətə...

0/0


0/0

0/0

0/0