İfrat - Utaniram

Аватар автора
NK Media
Mahnı sözləri: Bənd Xuda mənə verdiyin o saf bədən İçki məclislərində qurdu kəfən Yatdı qəflətdə xəbərdar olmadı Ayılarkən nə o qalmışdı, nə mən. Bənd Həyatın məni belə incitməsinə Nə rəva vardı şikəst etməsinə Dostlarım sadəcə etdi tamaşa Cavan ömrümün badə getməsinə. Nəqarət Utanıram o arzuların puç olduğuna görə Utanıram məni min zillətə saldığına görə Utanıram hər gecə içkiyə qarışanda başım Şeytanın məni ələ aldığına görə Utanıram. Bənd Dostumun qəmin özümünkü saymışam Onun yolunda canımada qıymışam Dostumun yanında hörmət qazanıb Anamınsa gözünü yolda qoymuşam. Bənd Əlimdə təsbeh üzüm bir yanadı Nə bileydimki yolum zindanadı Düşünmədimki neçə təsbehlə ölüm Neçə təsbehlə möhür yanyanadı. Nəqarət Utanıram canımın qədrini bilmədiyim üçün Utanıram yaşayıb boş yerə ölmədiyim üçün Utanıram layiqli bəndə olub hər günü Allahım görüşünə gəlmədiyim üçün Utanıram. Bənd Səni tanıyan tanışlarım soldu Toy günümdə gözü yaşla doldu Elə bir gün idi qismətimdə sən Yanımda sən deyil özgəsi oldu. Bənd Puç olan cavanlığıma xətt çəkirəm Mən o gündən bəri həsrət çəkirəm Sən övlad eşqinə həsrət qaldın Baxıb övladıma xəcalət çəkirəm. Nəqarət Utanıram səni tək tənha buraxdığıma görə Utanıram bilərək ürəyimi sıxdığıma görə Utanıram indi sənsiz sən olmadanda belə Həyata ümidlə baxdığıma görə utanıram. Kanalda yayımlanan bütün audio və video məzmunların müəllif hüquqları "NK Media" şirkətinə məxsusdur. Nüsxələnməsi və təkrar yayımı qəti qadağandır! Авторские права на весь аудио- и...

0/0


0/0

0/0

0/0