Rəsul Əfəndiyev — Sən Bil Bəsimdi (Rəsmi Musiqi Videosu)

Аватар автора
Showbiz Scandals Uncovered
Rəsul Əfəndiyevin "Sən Bil Bəsimdi" mahnısı artıq onlayndır. Musiqi: İlham İsayev Söz: Ümid Sadə Aranjiman: Ramin Ali Miks və master: Ramin Ali Rejissor: Delee Oruclu Prodüser: Azik Kərimov Media Menecer: Elvin Elxan Rəsul Əfəndiyevi sosial şəbəkələrdə izlə: Rəsul Əfəndiyevi rəqəmsal platformalarda dinlə: Sözlər: Sənin ürəyinin döyüntüləri, Mənim məhəbbətimdir, Həzin səsimdir. Qoyma aramıza girsin kimlərsə, Səni sevdiyimi sən bil bəsimdir. Kədərdən, qüssədən sil baxışları, Necə izah etsin dil baxışları. Bahar güllərinin gül baxışları, Dünyada ən gözəl, şəkil, rəsimdir. De niyə xəyalın eşitməz məni, Sanma odu həsrətin üşütməz məni. Versən yoxluğunu yaşatmaz məni, Sənsizlik axırıncı, son nəfəsimdir. Hicrin zülmətləri sərib könlümdə, Eşqin həsrətini dərib könlümdə. Sənin məhəbbətin qərib könlümdə, Hündür çinarım, şux vələsimdir. İlk qış aylarında, qarladım gecə, Sən gəldin ömrümə, parladım necə. Qoyma məhəbbətimi, niskinlər içə, Səninlə məhəbbət uca isimdir. Ömür gedər gülüm, zamandır gələr, Gir isti qoynuma, eşqimə bələn. Dağları zəbt edən, göyləri dələn, Qatı dumanımdır, buz nəfəsimdir. Rəsul Əfəndiyev tərəfindən ifa olunan "Sən Bil Bəsimdi" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2020 Etiketlər: #mikpro

0/0


0/0

0/0

0/0